Acun sabiq "Fənər"lini "Hull Siti"yə baş məşqçi gətirir
İngiltərə Çempionşipində son turda liqada qalmağı bacaran "Hull Siti" klubunda baş məşqçi dəyişikliyi gündəmdədir.
90plus.az xəbər verir ki, komandanın sahibi Acun İlıcalı ispaniyalı çalışdırıcı Ruben Selleslə yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışına başlayıb. Namizədlərdən biri isə Emre Belözoğludur.
Acun İlıcalı ümumilikdə 8 nəfərlik potensial namizəd siyahısı hazırlayıb və onların sırasında Emre Belözoğlu da yer alır. Əgər tərəflər arasında razılaşma əldə olunarsa, 44 yaşlı türkiyəli çalışdırıcı karyerasında ilk dəfə ölkə xaricində baş məşqçilik təcrübəsi yaşayacaq.
"Hull Siti"nin digər potensial baş məşqçi namizədləri sırasında Miron Musliç, Qari O’Neil, Aleks Neil, Din Smit, Rob Edvards, Marti Sifuentes və Rayan Meyson da yer alır.
Qeyd: Emre həm oyunçu, həm də futbolçu kimi "Fənərbağça"da çıxış edib.
© Copyright 2026, All Rights Reserved