Adidas ev heyvanları üçün kolleksiya hazırlayır
“Adidas”dan maraqlı yenilik – ev heyvanları üçün milli forma kolleksiyası düzəldir.
90plus.az xəbər verir ki, idman dünyasında qeyri-adi və diqqətçəkən yenilik təqdim olunub. Adidas ilk dəfə olaraq ev heyvanları üçün xüsusi milli forma kolleksiyasını satışa çıxarıb.
Yeni kolleksiya futbolsevərlərin ən sadiq dostlarını da oyuna qatmağı hədəfləyir. Layihə çərçivəsində dörd məşhur milli komandanın – Argentina milli futbol komandası, Meksika milli futbol komandası, Yaponiya milli futbol komandası və Kolumbiya milli futbol komandası formalarının ev heyvanları üçün uyğunlaşdırılmış versiyaları hazırlanıb.
Formalar dizayn baxımından əsas komanda geyimlərinə maksimum dərəcədə bənzədilib. Bu isə azarkeşlərə öz sevimli komandalarını yalnız öz üzərlərində deyil, ev heyvanları üzərində də təmsil etmək imkanı yaradır.
© Copyright 2026, All Rights Reserved