Alonso Qarsiyanı Raul Qonzalesə bənzədib
Xabi Alonso “Real Madrid”in gənc hücumçusu Qonsalo Qarsiyanı klubun əfsanəsi Raul Qonzalesə bənzədib.
90plus.az xəbər verir ki, Klubların Dünya Çempionatında vacib rol oynayan və indiyə qədərki bütün qrup oyunlarında qol və ya assistlə fərqlənən Qarsiya haqda Xabi Alonso belə deyib:
”Qarsiyanı daha öncə də izləmişdim. Təkcə onu yox, “Kastilya”nın bütün futbolçularını diqqətdə saxlayıram. Bu səbəbdən Qonsalonun oyunu məni təəccübləndirmədi.
Qarsiya mənə Raulu xatırladır. Həmişə düzgün mövqedə olur, fürsətini gözləyir və bu uğurda mübarizə aparır. Onun üçün çox sevinirəm".
21 yaşlı hücumçu Klublararası Dünya Çempionatında 3 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
📰: Fabrizio Romano
HƏMÇİNİN OXU:
https://90plus.az/qarsiya-alonsonun-gozun-girdi-endrik-tsvis-icind/xeber/
© Copyright 2026, All Rights Reserved