Alvaro Morata “Fənər”ə gəlir
“Fənərbağça” Alvaro Morata üçün “Atletiko Madrid” ilə danışıqlar aparır.
90plus.az xəbər verir ki, ”Fənərbağça”nın mərkəz hücumçu namizədlərindən biri də Alvaro Moratadır. ”Sarı-göylər” 31 yaşlı ispan ulduz üçün “Atletiko Madrid” ilə ilk əlaqəni qurub.
Amma "Atletiko Madrid”in Morata üçün istədiyi transfer qiyməti ilə “Fənərbağça”nın təklifi arasında fərq var. “Fənər” hücumçu üçün 15 milyon avro ödəmək istəyir.
Klublar arasında danışıqlar davam edəcək.
Mənbə: Sercan Hamzaoğlu
© Copyright 2026, All Rights Reserved