Amorim köməkçilərinin ailələrinə öz cibinden bilet aldı
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim köməkçilərinin ailələri üçün Avropa Liqasının finalına biletlərin pulunu şəxsən özü cibindən ödəyib.
90plus.az xəbər verir ki, “Mançester Yunayted - Tottenhem” arasında mayın 21-də Bilbaoda baş tutacaq turnirin həlledici oyununa klub çox az pulsuz bilet ayırıb.
Daha əvvəl bildirilmişdi ki, "Mançester Yunayted” maliyyə problemlərinə görə bu qarşılaşma üçün mümkün qədər çox bilet satmağı hədəfləyir, yalnız kiçik bir hissə heyət üzvləri arasında paylanacaq.
Vəziyyətin bu yerdə olduğunu görən komandanın baş məşqçisi məşqçilər korpusunun 30 üzvünün ailəsi üçün biletlərin pulunu ödəyib.
Portuqaliyalı məşqçi son altı ayda göstərdikləri zəhmət və fədakarlıq üçün məşqçilərə, fizioterapevtlərə və daha az maaş alan işçilərə belə təşəkkür etmək qərarına gəlib.
Bu heyət üzvlərinin hər biri iki dost və ya ailə üzvü gətirə bilər. Amorim bu jesti klub rəhbərliyinə çatdırıb.
📰: ESPN
© Copyright 2026, All Rights Reserved