Ançelotti argentinalını hamıdan üstün tutdu
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti indiyə qədər gördüyü ən güclü futbolçularla bağlı sualı cavablandırıb.
90plus.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə aktyor Cakoma Porettinin podkastında danışıb.
"Maradona ilə qarşılaşmışam – o, fenomen idi. Bu, əlçatmaz səviyyədir. Onun rəqiblərin kobud oyununa görə şikayət etdiyini heç vaxt eşitməmişəm. Platiniyə qarşı oynamışam, həmçinin Zidana qarşı da.
Karyeram ərzində bu cür fenomenal futbolçuların olmadığı “Everton”u çalışdırmışam. Futbol yüksək səviyyəli oyunçular tələb edir", – deyə Ançelotti bildirib.
Qeyd: Ançelotti 2019-cu ilin dekabrından 2021-ci ilin iyununa qədər “Everton”un baş məşqçisi olub.
© Copyright 2026, All Rights Reserved