Ançelotti: "Bu qələbəyə görə qürur duyuram"
İspaniya La Liqasının 28-ci turunda "Real" səfərdə "Vilyarreal"ı 2:1 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, "Real"ın baş məşqçisi Karlo Ançelotti qələbə ilə bağlı fikirlərini bölüşüb:
"Komandamız hər hissənin əvvəlində üzləşdiyi çətinlikləri aşmağı bacardı. Zamanla topa daha çox nəzarət etməyə və hücum fürsətləri yaratmağa başladıq. Mbappe iki dəfə fərqləndi, ikinci hissədə isə bəzi əks-hücumlarımız oldu ki, onlar da qol ilə nəticələnə bilərdi.
Bununla qürur duyuram. Şəraitə, istirahət müddətinə və rəqibin gücünə nəzər salsaq, bu, olduqca çətin oyun idi. Lakin biz bu sınaqdan uğurla keçdik. Komanda yoruldu, bu da normaldır. Bu qələbə oyunçularımızın və heyətimizin gücünü bir daha sübut edir.
Bu gün qalib gəlmək bizim üçün çox önəmli idi. Təbii ki, "Atletiko" – "Barselona" matçını izləyəcəyəm, maraqlı qarşılaşma olacaq. Sabah isə sadəcə bir futbol azarkeşi kimi oyundan zövq alacağam".
© Copyright 2026, All Rights Reserved