Ançelotti La Liqanı meydana çıxmamaqla hədələdi
"Real" klubunun baş məşqçisi Karlo Ançelotti mübahisəli açıqlama verib.
90plus.az xəbər verir ki, o, matçlar arasında ən azı 72 saatlıq istirahət təmin olunmazsa, komandasının daha meydana çıxmayacağını bildirib:
“Bu gün son dəfə 72 saatlıq fasilə olmadan oynadıq. İki dəfə liqadan oyunun vaxtını dəyişməyi xahiş etdik, lakin heç bir nəticə olmadı. Əgər istirahət üçün tələb olunan vaxt bizə ayrılmasa, "Real" meydana çıxmayacaq”.
© Copyright 2026, All Rights Reserved