Andre Onana finaldan zövq almağa hazırlaşır
“Mançester Yunayted”in qapıçısı Andre Onana Avropa Liqasının finalında “Tottenhem”ə qarşı oynamaqdan zövq alacağını söyləyib.
90plus.az xəbər verir ki, Onana özünün bundan əvvəlki Avropa Liqasının final matçında "Ayaks"la "Mançester Yunayted"ə qarşı olmuşdu:
"Bu, böyük şərəfdir. Böyük imtiyaz. İlk finalım hələ "Ayaks"da olarkən Avropa Liqasında "Mançester Yunayted"ə qarşı olub.
"Buna görə yenidən bu finalda olmaq mənim üçün gözəldir, amma bu dəfə "Mançester Yunayted"lə."
29 yaşlı kamerunlu qapıçı komandanın finalın keçiriləcəyi Estadio San Mames ilə tanışlığını vurğulayaraq, orada əvvəllər qalib olduqlarını qeyd edib.
O, komandanın coşğusunu dilə gətirərək, "Böyük həvəslə geri dönəcəyik, qələbə ilə qayıtmaq ümidi ilə" söyləyib.
© Copyright 2026, All Rights Reserved