Arda "Real"dan ayrıla bilər!
AVRO 2024-də Türkiyə millisində oynayan Arda Güləri "Liverpul" heyətinə qatmaq istəyir.
90plus.az xəbər verir ki, "Liverpul" Ardanı icarə əsasında heyətinə qatmaq üçün hərəkətə keçib. Bunun üçün isə "Real Madrid"in iki şərti var. İlk şərt ondan ibarətdir ki, "Liverpul"un Arda Güləri yanvar ayına qədər icarəyə götürməsinə icazə verilir. Ancaq bu durum vəziyyətdən asılı olaraq mövsümün sonuna qədər uzadıla bilər.
İkinci şərt isə "Real Madrid"in icarə müqaviləsinə heç bir alış seçimi daxil edilməyəcəyi deyilir. Qeyd olunub ki, "Liverpul" bu şərtləri qəbul edərsə, transfer icarə əsasında həyata keçirilə bilər.
Mənbə: Team Talk
© Copyright 2026, All Rights Reserved