“Arda - Soboslay” atışması baş verib
"Liverpul"da çıxış edən Macarıstan millisinin kapitanı Dominik Soboslay sosial mediada Arda Gülərin ona "sus" işarəsi verdiyi fotonun paylaşıldığı paylaşımda “1088” şərhini yazıb.
90plus.az xəbər verir ki, 1088’ Arda Gülərin bu mövsüm Real Madriddə keçirdiyi oyun vaxtıdır:
Arda Gülər Soboslaya atmaca olaraq İnstagram "hekayə"sində bunu yazıb:
“Bu oğlan zarafat kimidir. Səni susdurmağa 6 qol bəs eləmədi?"
Qeyd: Türkiyə Macarıstanı ümumi 6-1 udaraq Millətlər Liqasında A Liqasına yüksəlib. Qollardan birini də Arda Güler vurub.
© Copyright 2026, All Rights Reserved