Arda Turanın klubundan İngiltərəyə getdi
Mövsümün başında "Eyüpspor"a transfer olan və 6 oyundan sonra Süper Liqayla vidalaşan Conco Şelvi, Çempionşip komandalarından "Börnli" ilə mövsüm sonuna qədər müqavilə imzaladı.
90plus.az xəbər verir ki, klubun kanalına danışan Şelvi, "Börnli" qarşısında Törf Murda (red. Komandanın meydanı) oynadığım hər oyun çox çətin oldu. Amma artıq bu komandanın bir hissəsiyəm və klubu irəlilətmək üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. "Börnli", Premyer Liqaya aid bir komandadır." dedi.
Qeyd: Conco Şelvi bundan əvvəl "Liverpul", "Nyukasl" kimi klublarda da forma geyinib.
© Copyright 2026, All Rights Reserved