"Arsenal" sabiq "Atletiko"lunu vəzifəyə gətirir
"Arsenal" yeni idman direktorunu təyin etməyə hazırlaşır.
90plus.az xəbər verir ki, Lndon təmsilçisi "Atletiko"nun keçmiş idman direktoru Andrea Berta ilə şifahi razılıq əldə edib. Bildirilir ki, onunla müqavilə gələn həftə imzalanacaq. İngiltərə klubunun sonuncu idman direktoru Edu Qaspar olub və o, ötən ilin noyabrında komandadan ayrılıb.
Qeyd: Andrea Berta Madrid klubundakı vəzifəsini bu ilin yanvarında tərk edib.
© Copyright 2026, All Rights Reserved