AVRO 2024: Danimarka-Serbiya. Həyəcanlı çəkişmə!
Sabah AVRO 2024-ün C qrupunun son oyununda Danimarka və Serbiya qarşı-qarşıya gələcək.
90plus.az xəbər verir ki, Almaniyanın ev sahibliyi etdiyi turnirdə qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. C qrupunda ikinci oyunların nəticəsinə görə İngiltərə 4 xalla liderdir. Danimarka və Sloveniyanın iki, Serbiyanın isə 1 xalı var. Danimarka sabah qalib gələrsə 1/8 finalı təmin edəcək. Serbiya qalib gələcəyi təqdirdə isə İngiltərə-Sloveniya matçının nəticəsini gözləyəcək. İngiltərənin Sloveniyaya qalib gəlməsi halında bərabərlik Danimarkanı 1/8 finala aparacaq. Bu ssenaridə Sloveniya və Serbiyanın dörd ən yaxşı qrup üçüncüsü arasına girməyi olduqca çətinləşəcək.
Qeyd: Danimarka-Serbiya qarşılaşmasını Fransa Futbol Federasiyasından olan baş hakim Fransua Leteksier idarə edəcək.
© Copyright 2026, All Rights Reserved