Avro-2024: Təhqir Dakuya baha başa gəldi
Təhqiramiz şüarlar səsləndirən Albaniya millisinin hücumçusu Mirlind Daku Avro-2024-də 2 oyunluq qovulub.
90plus.az xəbər verir ki, Xorvatiya ilə Avropa çempionatının oyunundan sonra (2:2) makedoniyalılara və serblərə qarşı irqçi şüarlar səsləndirməsi Dakuya baha başa gəlib.
Kazan "Rubin"inin hücumçusu Avro-2024-ün qrup mərhələsinin iyunun 24-də İspaniya ilə keçiriləcək həlledici oyununda Albaniya millisinə kömək etməyəcək və albanlar qrupdan çıxacağı təqdirdə turnirin 1/8 finalını buraxacaq.
Mənbə: The Guardian
© Copyright 2026, All Rights Reserved