AVRO 2024: Türkiyənin qapıçısı uzaqlaşdırıldı!
AVRO-2024-də mübarizə aparan Türkiyə millisində pis hadisə baş verib. Məşqdə zədələnən qapıçı Doğan Alemdar heyətdən uzaqlaşdırılıb.
90plus.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasından verilən açıqlamada “Milli komandamızın dünən axşam məşqində dizindən zədə alan milli qapıçımız Doğan Alemdarın müayinələri yekunlaşıb. Yoxlamalar nəticəsində Doğanın sol dizinin ön çarpaz bağında qopma aşkarlanıb və milli qapıçımızın müalicəsinin növbəti mərhələsinə keçməsi üçün düşərgəni tərk etməsinə qərar verilib.
2024-cü il Avropa Çempionatında qapıçı ehtiyacını təmin etmək üçün Medipol Başakşehir FK komandasından Məhəmməd Şengəzer Türkiyə millisinin düşərgəsinə çağırılıb" - deyə bildirilib.
© Copyright 2026, All Rights Reserved