Avropa Liqasında ilin qolu "Qalatasaray"dan oldu
UEFA 2024–2025 mövsümündə UEFA Avropa Liqasında vurulan ən gözəl qolu müəyyən edib.
90plus.az xəbər verir ki, bu nüfuzlu mükafata Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Yunus Akgün layiq görülüb. Akgün İngiltərə təmsilçisi "Tottenhem"ə qarşı keçirilən oyunda vurduğu gözəl qolla UEFA-nın təşkil etdiyi mövsümün ən yaxşı qolu seçilib.
UEFA-nın rəsmi saytında yayımlanan açıqlamaya görə, Yunus Akgünün bu qolu mövsüm ərzində vurulan ən yaxşı 10 qol arasında birinci yerə layiq görülüb. Qeyd edək ki, "Qalatasaray" bu mövsüm UEFA Avropa Liqasında 19 qol vuraraq turnirin ən məhsuldar komandası olub. Bu qollardan 5-i Yunus Akgünün payına düşüb.
© Copyright 2026, All Rights Reserved