Avropa Liqasının kubokunu “Tottenhem” qazandı
Avropa Liqasının qalibi 17 illik həsrətdən sonra "Tottenhem" oldu!
90plus.az xəbər ki, sonuncu dəfə 1972 və 1984-cü illərdə UEFA kubokuna sahib çıxan "Tottenhem" qitənin iki nömrəli kubokunu 3-cü dəfə qazandı.
"Mançester Yunayted" isə 2017-ci ildə qalib gəldiyi UEFA Avropa Liqasının finalında 2-ci dəfə məğlub oldu.
Tottenhem 1-0 Man Yunayted
Brennan Conson 42'
Qol: https://t.me/doxsanplus/103119Bu epizodda "Tottenhem"in müdafiəçisi Van de Ven topun qapıdan keçməsinə zədələnmə bahasına əngəl olur: https://t.me/doxsanplus/103122
"Mançester Yunayted" Avropa Liqasında mövsüm boyu məğlubiyyətsiz idilər.
- Yeganə məğlubiyyətini isə finalda uduzdu və kuboku əldən verdi.
Kazemiro indiyədək iştirak etdiyi bütün finallarda qalib gəlmişdi. "Tottenhem" bu seriyaya son qoydu...
"Tottenhem"in baş məşqçisi demişdi ki, "Mən həmişə titulları ikinci ilimdə qazanıram".
Hın Min Son isə karyerasında ilk kubokunu qazandı!
© Copyright 2026, All Rights Reserved