Azərbaycanlı döyüşçünü yaponiyalı rəqib gözləyir
Azərbaycanlı qarışıq döyüş sənəti ustası Vüqar Kərəmov noyabrın 17-də növbəti döyüşünü keçirəcək.
90plus.az xəbər verir ki, Yaponiyanın "Rizin" təşkilatının təşəbbüsü ilə keçiriləcək "Landmark 10" turniri çərçivəsində o, yaponiyalı Macima Kazumasa ilə qarşılaşacaq.
Reqlament hər biri beş dəqiqə olmaqla üç raund nəzərdə tutur. 66 kq çəkidə döyüş Naqoyada (Yaponiya) keçiriləcək.
Digər azərbaycanlı döyüşçü Məhərrəm Həsənzadə də Naqoyada çıxış edəcək. Onun rəqibi də turnirin ev sahiblərinin təmsilçisi Rikuta Şirakava olacaq.
© Copyright 2026, All Rights Reserved