“Bayer Leverkuzen” türk futbolçuya meylini salıb
Milli fasiləni 3 məhsuldar ötürmə ilə başa vuran Oğuz Aydınla "Bayer Leverkuzen" maraqlanır.
90plus.az xəbər verir ki, "Fənərbağça"nın gözləntisi 27 milyon avrodur.
Qeyd: 24 yaşlı vinger bu mövsüm "Fənərbağça"da 5 qol və 6 məhsuldar ötürmə ilə ciddi təsir bağışlayıb, eyni zamanda milli komandanın heyətində Macarıstanla 2 matçda 3 məhsuldar ötürmə ilə fərqlənib. Oğuz Aydın İtaliya, Fransa və Hollandiya da daxil olmaqla bir çox Avropa klublarının diqqətini çəkir. "Ayaks" və "Napoli"nin futbolçunu yaxından izlədiyi bildirilir.
📰: BİLD
© Copyright 2026, All Rights Reserved