“Bayer” liderə yaxınlaşır
”Bayer Leverkuzen” 3-1-dən geridönüş edərək qalib gəldi: Lider “Bayern Münhen”lə xal fərqini 6-ya endirdi.
90plus.az xəbər verir ki, Almaniya Bundesliqasının 26-cı turunda Ştuttqartda bolqollu matç oldu:
Ştuttqart 3 - 4 Bayer Leverkuzen
E. Demirović 14'
N. Woltemade 48'
G. Xhaka 62' (ö.q)
J. Frimpong 56'
P. Hincapié 67'
A. Stiller 88' (ö.q)
P. Schick 90+4'
Bununla, Leverkuzen təmsilçisi bütün yarışlarda üç oyunluq məğlubiyyət seriyasını bitirdi və ikinci pillədə qərarlaşdı.
"Gecikmiş qol bizim üçün sehrli bir an idi və bunu çox emosional qeyd etdik. Heç vaxt təslim olmayan oyunçularıma təşəkkür edirəm. Bu üç xalı əldə etmək üçün sona qədər iradə göstərdik" - Xabi Alonso.
Qeyd: "Ştutqart" 10-cu yerdədir.
© Copyright 2026, All Rights Reserved