Belçikalı qapıçı millisindən küsdü: "O varsa, mən yoxam"
Belçika millisinin qapıçısı Koen Kastils milli karyerasını bitirdi.
90plus.az xəbər verir ki, bundan əvvəl Belçika millisinin qapıçısı Tibo Kurtua baş məşqçi Domeniko Todesko ilə yaşadığı hadisələrdən dolayı, "O, baş məşqçi olduğu müddətdə mən milli komandadan imtina edirəm", demişdi. Qapını Avro-2024-də Koen Kastils qorumuşdu. Ancaq oktyabr ayında Todeskonu Rudi Qarsiya əvəz edəndən sonra Kurtua milli komandaya qayıdacağını bildirdi.
İşlər bundan sonra dəyişdi. Bu dəfə Kastils millidən imtina etdiyini açıqladı:
"Mən baş aça bilmirəm. Millidə bir çox şeyi Kurtua həll edir. Futbol Federasiyası da ona qucaq açdı, halbuki, o millidən imtina etmişdi. O gəlibsə, mən yoxam və milli karyeramı bitirirəm".
Qeyd: Belçika Avro-2024-də qrupda 3-cü yer tutaraq növbəti mərhələyə adlasa da, Fransa ilə bacarmamışdı.
Xəbər müəllifi: Cahid Süleymanov
© Copyright 2026, All Rights Reserved