Benzema: "Rodri azarkeş kimi məni həyəcanlandırmır"
”Real Madrid”in əfsanəvi oyunçusu Kərim Benzema sabiq komanda yoldaşının tərəfini tutdu.
90plus.az xəbər verir ki, Benzema "Qızıl top"u Vinisiusun deyil, Rodrinin qazanmağına reaksiya verib:
”Vinisius çox yaxşı insan və peşəkardır. Çalışacaq və Ballon d'Or mükafatını qazanacaq.
Rodri ilə heç bir şəxsi problemimiz yoxdur, o, çox yaxşı futbolçudur, lakin evdə TV qarşısında oturub matç izlədikdə o, bir azarkeş kimi məni təəccübləndirəcək nəsə etmir, Vini isə bunu dəfələrlə edib.
Vini ilə bu barədə danışdıq, o, çox kədərli idi. Bu, son dərəcə normaldır.
Düşünün ki, bütün dünya sizin Ballon d'Or qazanacağınızı bilir və buna şübhə duymur, lakin mükafata saatlar qalmış bunun tam əksi olacağı məlum olur. Bu, çox fərqli və qarışıq hisslərdir”.
Mənbə: El Chiringuito TV
© Copyright 2026, All Rights Reserved