“Göztepe” “Beşiktaş"ı udub 49 ildən sonra yarımfinala keçdi
"Beşiktaş" "Göztepe"yə məğlub olaraq Türkiyə Kubokuna vida elədi.
90plus.az xəbər verir ki, Türkiyə Kubokunun 1/4 final mərhələsində "Beşiktaş" öz meydanında İzmir təmsilçisi "Göztepe" klubunu qəbul etdi. Görüşdə "Qara qartallar" önə keçsələr də, qırmızı vərəqə onların işini pozdu. Qonaqlardan brazilyalı hücumçu Romulo het-triklə yadda qaldı:
Beşiktaş 1 - 3 Göztepe
Muçi 30’
Romulo Kardoso 38’ 79’ (pen.) 81’
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/100674?single
https://t.me/doxsanplus/100670?single
“Göztəpə” bu mövsüm “Beşiktaş” səfərində 2 matça 8 qol vurub!
“Göztəpə” 49 ildən sonra ilk dəfə Türkiyə Kubokunda yarımfinala yüksəlib.
İzmir komandası 1975-76 mövsümündə yarımfinalda yenə "Trabzonspor"la qarşılaşmışdı.
Qeyd: Dünən digər 1/4 final oyununda "Fənərbağça"ya qalib gələn "Qalatasaray" növbəti mərhələyə adlamışdı.
Türkiyə kubokunun yarımfinal cütləri:
Konyaspor-Qalatasaray
Trabzonspor-Göztəpə
© Copyright 2026, All Rights Reserved