“Beşiktaş” Kyeza üçün hərəkətdə
“Beşiktaş” Federiko Kyeza üçün hərəkətə keçdi.
90plus.az xəbər verir ki, Türkiyənin nəhəng klublarından “Beşiktaş” heyətini gücləndirmək üçün diqqətini İngiltərəyə yönəldib. İstanbul təmsilçisi hazırda “Liverpul”da çıxış edən italiyalı hücumçu Federiko Kyezanın transferində maraqlıdır.
Məlumata görə, “qara-ağlar” 27 yaşlı futbolçu ilə danışıqlar aparmaq niyyətindədir və artıq oyunçu ilə ilkin təmas qurulub. “Liverpul” Kyezanı icarəyə vermək planında olmasa da, onun satışını müzakirə etməyə hazırdır.
Xatırlatma: Federiko Kyeza 2024-cü ilin yayında “Yuventus”dan “Liverpul”a transfer olunub.
© Copyright 2026, All Rights Reserved