"Beşiktaş" sabiq "Mançester Yunayted"li ilə maraqlanır
"Beşiktaş" yeni qapıçı axtarışına başlayıb.
90plus.az xəbər verir ki, İstanbul klubu David De Xea ilə maraqlanır.
Yay transfer dönəmində Mert Günokun komandadan ayrılma ehtimalını nəzərə alan klub, ispan qapıçı ilə danışıqlar aparmağı planlaşdırır.
De Xea 2024-cü il avqustun 9-da “Fiorentina”ya transfer olunub və onun müqaviləsi 2025-ci il iyunun 30-na qədər qüvvədədir. İspaniya millisinin sabiq qapıçısına "Mançester Yunayted" də maraq göstərir.
Qeyd: De Xea 2011-2023-cü illər arasında "qırmızı şeytanlar"ın əsas qapıçısı olub.
© Copyright 2026, All Rights Reserved