"Beşiktaş"a 3 qol vuran futbolçu "Feyenoord"un radarında
Romulo "Beşiktaş"a 3 qol vurdu, Hollandiya nəhənginin radarında girdi.
90plus.az xəbər verir ki, "Göztepe"nin braziliyalı futbolçusu Romulo Kardozo son dövrlərdə "Beşiktaş", "Fənərbağça" və "Qalatasaray" kimi klubların marağını cəlb edib. Lakin, o yalnız yerli nəhənglərin deyil, həm də Hollandiya təmsilçisi "Feyenoord"un da diqqətini cəlb edib. "Feyenoord" klubunun skautu Romulonu canlı izləmək üçün Türkiyəyə gəlib. Bu oyunçu yaxın zamanda "Feyenoord" tərəfindən transfer oluna bilər.
Qeyd: Bu gün Türkiyə kubokunun 1/4 final mərhələsində "Beşiktaş"la qarşılaşan "Göztepe"nin heyətində Romulo 3 qol vuraraq komandasını yarımfinala daşıdı.
MARAQLI: Bu gün het-trik edən “Göztepe”nin 23 yaşlı braziliyalı forvardı Romulo Qardosa bu mövsüm 4 böyük komandanın hamısına qol vurub:
Qalatasaray - 1 qol;
Trabzonspor - 1 qol;
Beşiktaş - 3 qol;
Fənərbağça - 1 qol.
© Copyright 2026, All Rights Reserved