"Beşiktaş"ın ulduzuna "İnter"dən sürpriz təklif
"Beşiktaş" baş məşqçi Ole Qunnar Sulşer rəhbərliyində əla bir dövrdən keçir. Bunun üçün də oyunçularını böyük klublar izləyir.
90plus.az xəbər verir ki, İtaliyanın nəhəng klubu "İnter" "Ağ-qaralar"ın ulduzu Ciro İmmobile ilə maraqlanır.
"İnter" yay transfer pəncərəsində Ciro İmmobile üçün "Beşiktaş"ın qapısını döyməyə hazırdır. Bu addım Mehdi Tareminin mövsüm sonunda ayrılması ehtimalı ilə əlaqələndirilir.
"Beşiktaş"ın bu mövsümün əvvəlində "Latsio"dan transfer etdiyi Ciro İmmobile komandasına yaxşı bir başlanğıc etsə də, sonradan öz formasından uzaqlaşmışdı. "Beşiktaş"ın baş məşqçisi Ole Qunnar Sulşer bir neçə gün əvvəl etdiyi açıqlamada, “Ciro vacib bir futbolçudur. Sezon sonuna qədər ondan ən yaxşı şəkildə faydalanmağa çalışacağıq” deyərək, İmmobile ilə bağlı ayrılıq siqnalı vermişdi.
İmmobilenin "Beşiktaş"dan ayrılması halında "İnter" onun transferi üçün ciddi maraq göstərəcək. 35 yaşlı italiya forvardın "Beşiktaş"da illik maaşı bonuslarla birlikdə 10 milyon avro civarındadır.
© Copyright 2026, All Rights Reserved