"Brendfort" 3-cü dəfədir ki, ilk dəqiqədə qol vurur
İngiltərə Premyer Liqasının tarixinə “Brentford” unikal göstərici ilə düşüb.
90plus.az xəbər verir ki, ingilis klubu buna ölkə çempionatının “Vest Hem”ə qarşı 1:1 nəticələnən matçında artıq 1-ci dəqiqədə qol vurmaqla nail olub.
İlk dəqiqədə fərqlənmək elə də nadir hadisə deyil. “Arılar”ın nəticəsini unikal edən bundan öncəki iki oyunda da eyni hadisəni yaşamasıdır. Dalbadal 3 oyunda 1-ci dəqiqədə qol vurmağı Premyer Liqa tarixində indiyədək heç bir klub bacarmamışdı.
Sentyabrın 14-də Yoan Vissa matçın ilk saniyələrində “Mançester Siti”ni mərkəzə dəvət etmişdi. Bir həftə sonra “Tottenhem”i “Qarabağ”la oyun öncəsi 1-ci dəqiqədə Brayan Mbeumo məyus etmişdi. Hesabı erkən açmasına baxmayaraq, “Brentford” hər iki oyunda uduzmuşdu. Nəhayət, sentyabrın 28-də yenə Mbeumo rəqib gözünü açmamış topu “Vest Hem”in qapısına göndərdi. Bu dəfə komanda 1 xalı götürməyi bacardı.
© Copyright 2026, All Rights Reserved