Bruno Fernandeş Amorimi müdafiə etdi
Ötən gecə Avropa Liqasının finalında "Tottenhem"ə məğlub olaraq kubokdan məhrum olan "Mançester Yunayted"in ulduzu Bruno Fernandeş baş məşqçini müdafiə edib.
90plus.az xəbər verir ki, mövsümboyu olan uğursuluqlarda tək günahkarın Amorim olmadığını söyləyib:
"Ruben Amorimin "Man Yunayted" üçün doğru adam olduğunu düşünürəm".
"Bu mövsüm baş verənlərin onun bir baş məşqçi kimi kim olduğunu tam əks etdirdiyini düşünmürəm. Onun bu klubun gələcəyi üçün doğru baş məşqçi olduğunu hesab edirəm".
(📰: Fabrizio Romano).
Bruno Fernandeş gələcəyi ilə bağlı: “Baxış bucağım heç vaxt maliyyə tərəfi olmayıb"
"Əgər maliyyə baxımından bir yerə getmək istəsəm, bunun üçün hər zaman imkanım olacaq, amma məsələ bu deyil. Mənim istədiyim kuboklar qazanmaq və ən yaxşı yarışlarda iştirak etməkdir".
© Copyright 2026, All Rights Reserved