Bundesliqada skandal: Yalnış adam qırmızı aldı
"Volfsburq"un futbolçusu canını yaxşı qurtardı.
90plus.az xəbər verir ki, Bundesliqanın 6-cı həftəsində "Volfsburq" ilə "Ştutqart" qarşılaşdı. 4 qolun qeydə alındığı oyunda qalib müəyyənləşmədi.
Hər iki komanda meydanı 1 xalla tərk edərkən, matçın hakimi Sven Yablonskinin 63-cü dəqiqədəki qərarı oyuna damğasını vurdu.
SƏHV OYUNÇU QIRMIZI VƏRƏQƏ ALDI
Matçın 63-cü dəqiqəsində "Volfsburq"dan Maksimilian Arnold və "Ştutqart"dan Atakan Karazor eyni anda top uğrunda mübarizə aparmaq istədilər.
Epizodda Arnold, Atakan Karazorun ayağına basdı. Matçın hakimi Sven Yablonski, faul vəziyyətində Atakan Karazorun Arnoldu kobudluqla dayandırdığını əsas gətirərək ona ikinci sarıdan qırmızı vərəqə göstərdi.
Atakan Karazor ikinci sarıdan qırmızı vərəqə aldığı üçün VAR bu qərara müdaxilə edə bilmədi. Bu vəziyyətdən sonra "Ştutqart" oyunu 10 nəfərlə tamamladı.
© Copyright 2026, All Rights Reserved