Çalhanoğlunu “Bayern Münhen” istəyir
"Bayern Münhen” Hakan Çalhanoğlunu heyətinə qatmaq istəyir.
90plus.az xəbər verir ki, "İnter" 30 yaşlı türkiyəli yarımmüdafiəçi üçün 70 milyon avro tələb edir.
Qeyd: Hakan Çalhanoğlu 2021-ci ildən "İnter"də çıxış edir. O, İtaliya klubunda 135 matçda 27 qol vurub, 24 məhsuldar ötürmə edib. Hakanın hazırkı bazar dəyəri 45 milyon avrodur və onun "İnter"lə müqaviləsi 2027-ci ildə bağlanacaq.
"Mənbə: La Gazzetta dello Sport
© Copyright 2026, All Rights Reserved