Çexiya ilə matçda Arda Gülər qərarı!
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montellanın Çexiya ilə matçda ilk 11-likdə bəzi dəyişikliklər etməyi planlaşdırdığı iddia olunur.
90plus.az xəbər verir ki, Montella Çexiya ilə oyuna zədəsini sağaldan İsmayıl Yüksek və Arda Güləri daxil etməyi planlaşdırır. İtaliyalı məşqçi hücum xəttində də bəzi dəyişikliklər etməyi düşünür. Barış Alper Yılmazı sağ cinaha keçirəcəyi gözlənilən Montella Ardanı da 10 nömrə ilə oyuna çıxarmağı planlaşdırır.
Abdülkərim Bardakcı cəzalı olduğundan, Səməd Akaydının isə zədəsi olduğu üçün oynaya bilməyəcək. Ona görə də Merih Dəmiral, Ahmetcan Kaplan və Kaan Ayhan üçIüsündən ikisi müdafiədə oynaya bilər. Kaan mərkəz müdafiəçisinə keçərsə, Çexiya matçında yarımmüdafiə xəttinin də dəyişəcəyi gözlənilir.
Qeyd: Çexiya - Türkiyə matçı iyunun 26-sı saat 23:00-da başlayacaq. Türkiyə millisinə 1/8-ə adlamaq üçün heç-heçə də bəs edəcək.
Mənbə: "Akşam" qəzeti
© Copyright 2026, All Rights Reserved