Dani Karvahalın adı saat qaçaqmalçılığında hallanır
"Real Madrid" klubunun müdafiəçisi Dani Karvahal lüks saatların qaçaqmalçılığı ilə bağlı iddiaya görə Andorra hakimi tərəfindən ittiham olunan bir neçə futbolçu arasındadır.
90plus.az xəbər verir ki, Andorra hakimi qaçaqmalçılıq və pul yumaqda şübhəli bilinən Andorra saat şirkəti vasitəsilə edilən alışları yoxlayır.
Karvahalın 2021-ci ildə araşdırılan şirkətdən 64,800 avroya Rolex Daytona aldığı iddia olunur.
İşdə digər futbolçular da yer alır: Santi Kazorla, Covani Lo Kelso, Tomas Parti, Sesar Azpilikueta, Yuan Bernat və karyerasını bitirmiş yarımmüdafiəçi David Silva.
Hakim futbolçuların saatların alınması, çatdırılması və daşınması ilə bağlı ifadə vermələri üçün İspaniya hakimiyyətindən kömək istəyib -OK Diario.
Araşdırma Rolex və Patek Philippe kimi brendlərin lüks saatlarının İspaniyaya idxalı zamanı ƏDV-dən yayınmaq məqsədilə Andorra şirkəti vasitəsilə satılması ilə bağlı şübhəli sxemə yönəlib.
İş üzrə əsas şübhəli şəxs iş adamı Dieqo GC hesab olunur. O, 2025-ci ilin oktyabrında qaçaqmalçılıq və pul yuma ittihamları ilə Andorrada müvəqqəti həbsə alınıb.
© Copyright 2026, All Rights Reserved