De Zerbi Simonsu göndərib onu gətirmək istəyir
Roberto De Zerbi Simonsdan narazıdır – “Tottenhem”də dəyişiklik gözlənilir.
90plus.az xəbər verir ki, “Tottenhem”də yay transfer pəncərəsi öncəsi diqqətçəkən qərarlar gündəmə gəlməkdədir. Komandanın baş məşqçisi Roberto De Zerbinin Xavi Simonsun oyun üslubundan razı olmadığı bildirilir.
Məlumata görə, italiyalı mütəxəssis klub akademiyasının yetirməsi Mayki Murun Simonsu əvəzləmək üçün ideal variant olduğunu düşünür. Gənc futbolçu bu mövsüm “Reyncers”də icarə əsasında çıxış edərək parlaq performans sərgiləyib və məşqçilər korpusunun diqqətini cəlb edib.
Gözləntilərə əsasən, Mayki Mur növbəti mövsümdə – “Tottenhem”in hansı liqada çıxış etməsindən asılı olmayaraq – əsas komandaya qaytarılacaq və ona şans veriləcək.
Digər tərəfdən, Xavi Simonsun klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Niderlandlı futbolçunun az oyun vaxtı səbəbindən narazı olduğu və yayda komandadan ayrılmaq ehtimalının yüksək olduğu vurğulanır.
© Copyright 2026, All Rights Reserved