Dünya çempionu "Beşiktaş"a yaşıl işıq yandırdı
Fransa millisinin futbolçusu Nqolo Kante Türkiyənin "Beşiktaş" klubunun transfer təklifini müsbət qiymətləndirdiyini açıqlayıb.
90plus.az bildirir ki, "ağ-qaralar" "Əl-İttihad"da oynayan futbolçuya üç illik müqavilə təklif etməyi planlaşdırır.
Nqolo Kante bu mövsümdə "Əl-İttihad"da keçirdiyi 25 matçda üç qol və üç assistlə yadda qalıb.
Qeyd: Kante 2018-ci ildə Fransa millisi ilə Dünya çempionu olmuşdu.
© Copyright 2026, All Rights Reserved