Edin Dzekonun burnu sındı
"Fənərbağça"nın bosniyalı futbolçusu Edin Dzekonun burnu sınıb.
90plus.az xəbər verir ki, Bosniya və Herseqovina millisin yer alan Dzeko Rumıniya ilə matçda burnunun sınığı səbəbindən 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsində Yunanıstana qarşı oynaya bilməyəcək.
Təcrübəli futbolçu çərşənbə axşamı İstanbula gələcək və klub həkimləri tərəfindən yoxlanılacaq.
Bosniya və Herseqovina millisinin baş məşqçisi Sergey Barbares matçdan sonra Edin Dzekonun vəziyyətini dəqiq bilmədiyini bildirib. "Düşünürəm ki, Edin Dzekonun burnu qırılıb. O, paltardəyişmə otağında olmayıb. Hələ tam məlumatım yoxdur".
📰: "Fənərbağça"nın saytı
© Copyright 2026, All Rights Reserved