El Klassiko günü Hansi Flikin atası rəhmətə getdi
Hansi Flikin atasının vəfatı – El Klasiko günündə ağır xəbər oldu.
90plus.az xəbər verir ki, "Barselona"nın baş məşqçisi Hansi Flik üçün bu gün çox ağır başlayıb. Məlumata görə, təcrübəli mütəxəssisin atası El Klasiko matçından cəmi bir neçə saat əvvəl dünyasını dəyişib.
Hadisə barədə Flik səhər saatlarında həm komanda futbolçularını, həm də klub rəhbərliyini məlumatlandırıb. Buna baxmayaraq, o, bu gün keçiriləcək böyük oyunda – El Klassiko qarşılaşmasında komandanı meydana çıxarmağa qərar verib.
"Barselona" rəsmi açıqlama yayaraq baş məşqçiyə dəstəyini ifadə edib:
“Bütün blauqran ailəsi Hansi Flikə atasının vəfatı ilə bağlı dərin hüznünü çatdırır. Biz onun ağrısını bölüşür və bu çətin anda onun və ailəsinin yanındayıq.”
Ağır itki futbol ictimaiyyətində böyük kədər yaradıb. Buna baxmayaraq, Flikin bu gün komandasının yanında olması onun peşəkarlığını və güclü xarakterini göstərir.
"Real Madrid" ilə keçiriləcək qarşılaşma öncəsi bu xəbər futbol dünyasında geniş rezonans doğurub.
© Copyright 2026, All Rights Reserved