Emreli "Nürnberq"də əsas heyətdə
Mahir Emreli "Hannover"ə qarşı oyunda əsas heyətdə yer alıb.
90plus.az xəbər verir ki, Almaniya Bundesliqa-2-də "Nürnberq" səfərdə "Hannover"lə qarşılaşır. Miroslav Klozenin çalışdırdığı komanda 7-ci turda qələbə qazanıb vəziyyətini yaxşılaşdırmaq istəyir.
Millimizin üzvü Mahir Emreli də start heyətdə yer alıb. Kloze onu mərkəz hücumçusu kimi sınayır.
Qeyd: "Nürnberq" 7 oyundan sonra 8 xalla 12-ci yerdədir.
© Copyright 2026, All Rights Reserved