Fatih Terim yenə ayın məşqçisi seçildi
Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl Şabab”ı çalışdıran baş məşqçi Fatih Terim ikinci dəfə ayın məşqçisi mükafatına layiq görülüb.
90plus.az xəbər verir ki, türkiyəli mütəxəssis son 5 matçda 4 qələbə və 2 heç-heçə ilə bu mükafata layiq görülüb.
Fatih Terim son 6 matçda məğlub olmayıb və mükafatını “Əl Vehda” ilə matçdan (3:1) sonra alıb.
Digər tərəfdən, "Əl Şabab" bu nəticə ilə xallarını 46-ya yüksəldib və həftəni 6-cı pillədə başa vurub. "Əl Vehda" isə 20 xalla 17-ci pillədə qərarlaşır.
© Copyright 2026, All Rights Reserved