Fatih Terimin "Əl Şabab"ı "qan edir"
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistan Pro Liqasının 32-ci həftəsində "Əl Şabab" baş məşqçisi Fatih Terim rəhbərliyində səfərdə "Əl Riyad"ı 3-1 hesabı ilə məğlub edib.
Ərəbistanın paytaxtı Riyad şəhərindəki Prens Faysal bin Fahd Stadionunda keçirilən qarşılaşmada qonaq komanda 15-ci dəqiqədə Musab Aljuvayr, 44-cü dəqiqədə Haroune Kamara və 90+2-ci dəqiqədə Kristian Kuansanın vurduğu qollarla qələbəyə imza atdı.
"Əl Riyad"ın isə tək qolunu 29-cu dəqiqədə penaltidən Bernard Mensah vurdu.
Bu nəticə ilə "Əl Şabab" 57 xal toplayaraq 6-cı sıradakı mövqeyini qorudu. "Əl Riyad" isə 38 xalla 9-cu sırada yer aldı.
© Copyright 2026, All Rights Reserved