Flik qələbənin sirrini açıqladı: "Bütün oyunçular tapşırığa əməl edir"
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandasının "Real Madrid"lə matçda (4:0) hesablı qələbəsini şərh edib.
90plus.az xəbər verir ki, "Barca Buzz" almaniyalı mütəxəssisin dediklərini belə çatdırıb:
“Bütün oyunçular tapşırığa əməl edirlər, bu çox sevindiricidir. Mən burada işə başlayanda oyunçuların tam potensiallarını inkişaf etdirə biləcəkləri, müsbət atmosfer yaratmağın nə qədər vacib olduğu barədə danışdıq. Bizim üstün mentalitetimiz var. Hər matç ayrı bir hekayədir, oyuna düzəlişlər edirik. Bu gün bütün müdafiəmiz əla çıxış etdi və İniqo Martines xüsusilə yaxşı idi. Qapıçımız Pena da əla oynadı".
Qeyd edək ki, kataloniyalılar əzəli rəqibini 54, 56, 77 və 84-cü dəqiqələrdə vurduğu qollarla darmadağın ediblər. İlk iki qolu Robert Levandovski vurub, daha sonra isə Lamin Yamal və Rafinya fərqlənib.
© Copyright 2026, All Rights Reserved