"Fənər" gözünü koreyalı ulduza dikdi
"Fənərbağça"nın adı Səudiyyə Ərəbistanı klubları ilə də gündəmdə olan ulduz futbolçu Son Hın Minlə bağlı hallanır.
90plus.az xəbər verir ki, 2015-ci ildən "Tottenhem"də oynayan koreyalı futbolçu mövsümün sonunda komandadan ayrılacaq.
"Fənərbağça" 32 yaşlı oyunçu üçün rəsmi təklif irəli sürməyə hazırlaşır.
Qeyd: Son Hın Min bu mövsüm "Tottenhem" forması ilə 40 rəsmi oyunda meydana çıxıb və onlardan 34-də start heyətində olub.
© Copyright 2026, All Rights Reserved