"Fənər"ə qol vuran futbolçu "Qalatasaray"ın radarında
"Qalatasaray" heyətini çex futbolçu ilə gücləndirə bilər.
90plus.az xəbər verir ki, İstanbul klubu "Reyncers"in oyunçusu Vaçlav Çernini transfer etməyi düşünür.
Çerni Avropa Liqasının pley-off mərhələsində “Fənərbağça” və “Reyncers” komandalarına qarşı göstərdiyi oyunla "Qalatasaray"ın maraq dairəsinə düşüb. 27 yaşlı futbolçu 2025-ci ilin 30 iyununa qədər Şotlandiya klubunda icarə əsasında çıxış edir.
O, "Volfsburq"a məxsusdur və müqaviləsi 2027-ci ilin 30 iyununa qədər qüvvədədir. Türkiyə çempionu çex oyunçu üçün "Volfsburq"la danışıqlara başlayıb. Çexiya millisinin üzvü olan Çerni daha əvvəl “Ayaks”, “Utrext” və “Tvente” klublarında da çıxış edib.
© Copyright 2026, All Rights Reserved