"Fənərbağça" "Aston Villa"nın stoperini rənglərinə bağladı
Türkiyənin "Fənərbağça" klubu İngiltərənin "Aston Villa" komandasının futbolçusu Dieqo Karlosun transferini gerçəkləşdirib.
90plus.az xəbər verir ki, İstanbul klubu rəsmi saytında yayımladığı məlumata əsasən, "sarı-lacivərdlilər" həm futbolçu, həm də Premyer Liqa təmsilçisi ilə razılıq əldə edib.
31 yaşlı braziliyalı müdafiəçi tibbi yoxlanışdan keçmək üçün İstanbula çağırılıb.
Qeyd: Dieqo Karlos bu mövsüm "Aston Villa" forması ilə 17 oyunda iştirak edib.
© Copyright 2026, All Rights Reserved