"Fənərbağça" futbolçusunu "Beşiktaş"a göndərdi
Cengiz Ünder icarə əsasında "Beşiktaş" klubuna keçib.
90plus.az xəbər verir ki, "Beşiktaş"da sükan arxasına keçən Sergen Yalçın öz heyətinə qurmaqda davam edir. Bu məqsədlə Cengiz Ünder mövsümün sonuna kimi "Fənərbağça" klubundan icarəyə götürüldü. Müqavilədə 6 milyon avro qarşılığında sonradan satınalma bəndi də yer alır. Cengizin maaşını hər iki komanda ödəyəcək.
© Copyright 2026, All Rights Reserved