"Fənərbağça" Livakoviçi "sambaçı" ilə əvəz edəcək
90plus.az xəbər verir ki, mövsümün sonunda Dominik Livakoviç ilə yollarını ayırmağa hazırlaşan "Fənərbağça" xorvatiyalı qapıçının yerinə alternativini tapıb. Klubun yeni hədəfi "Lion"un braziliyalı qapıçısı Lukas Perridir.
"Fiorentina" Livakoviçlə yaxından maraqlanır və bu təklifin "Fənərbağça" tərəfindən qəbul ediləcəyi iddia olunur. Sarı-lacivərtlilər isə boşluğu doldurmaq üçün hərəkətə keçib.
"Fənərbağça" Livakoviçin əvəzedicisini Fransada tapıb. Klub 2024-cü ildə "Botafogo"dan 3.25 milyon avroya "Lion"a transfer olunan Lukas Perri üçün 7 milyon avroluq təklif irəli sürüb.
Qeyd: Lukas Perrinin adı daha öncə "Qalatasaray"la da hallanmışdı. Braziliyalı qolkiperin Super Liqada çıxış etməsi artıq real görünür.
© Copyright 2026, All Rights Reserved