“Fənərbağça” PSJ ilə razılaşdı
"Fənərbağça" icarəyə götürdüyü Milan Skrinyarın birdəfəlik transferi üçün PSJ ilə şifahi razılığa gəlib.
90plus.az xəbər verir ki, "Sarı-göylər" slovakiyalı müdafiəçi üçün 10 milyon avro ödəyəcək.
Qeyd: Milan Skrinyar indiyədək "Fənərbağça"nın heyətində 12 oyun keçirib. Müdafiədə kritik müdaxilələri və topu oxuması ilə diqqət çəkən slovak müdafiəçi qısa zamanda azarkeşlərin rəğbətini qazanıb. Təcrübəli müdafiəçi 2 məhsuldar ötürmə də edib.
📰: Türkiye Gazetesi
© Copyright 2026, All Rights Reserved