“Fənərbağça” yenə Kartalla anlaşıb
“Fənərbağça”da baş məşqçi məsələsi: Kartalın qalması an məsələsidir.
90plus.az xəbər verir ki, “Fənərbağça”nın yeni baş məşqçi axtarışları hələ də nəticəsiz qalıb. Klub rəhbərliyi danışıqlar apardığı əcnəbi mütəxəssislərlə razılıq mərhələsinə çata bilməyib. Əcnəbi namizədlərdən bəzilərinin illik 10 milyon avrodan çox maaş istəməsi danışıqları dalana salıb.
Bununla yanaşı, klub rəhbərliyi İsmayıl Kartaldan məşqçi heyətində dəyişiklik etməsini istəyib. Məlumata görə, yeni heyətə keçmiş “Fənərbağça” futbolçusu da daxil ediləcək.
Türkiyə mətbuatının yazdığına görə, Kartalın komandada qalacağı barədə rəsmi açıqlama yaxın günlərdə veriləcək.
🔗 Mənbə: Fanatik
© Copyright 2026, All Rights Reserved