"Fənərbağça"da gözlənilən ayrılıq - Moskva klubuna keçdi
90plus.az xəbər verir ki, "Fənərbağça" klubu qanalı müdafiəçi Aleksandr Ciku ilə yollarını rəsmən ayırıb. İstanbul təmsilçisi futbolçunun müqaviləsinin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini Türkiyə Futbol Federasiyasına (TFF) bildirib.
31 yaşlı futbolçu 2023-cü ilin yayında Fransanın "Strasburq" klubundan sərbəst transfer olunmuşdu. Onun "Fənərbağça" ilə 3+1 illik müqaviləsi olsa da, daha bir il qarantili sözləşməsi qalırdı.
Aleksandr Ciku karyerasını Rusiyada davam etdirəcək. Təcrübəli müdafiəçinin "Spartak Moskva" ilə anlaşdığı və yaxın günlərdə bu transferin rəsmiləşəcəyi gözlənilir.
"Spartak Moskva" yay transfer pəncərəsində Türkiyədən başqa bir oyunçunu da heyətinə qatmışdı – "Beşiktaş"ın portuqaliyalı yarımmüdafiəçisi Gedson Fernandeş. Klub bu transfer üçün 21 milyon avro və əlavə 7 milyon avro bonuslu ödəniş etməyi öhdəsinə götürüb.
© Copyright 2026, All Rights Reserved